Bakıda 25 nömrəli körpələr evi-uşaq bağçasında kommunal problemlərə dair iddialarla bağlı araşdırma aparılıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, uşaq bağçasının boru xətləri mart ayının bayram günlərində təmir edilib:
“Bağçanın pəncərələri ilə bağlı məsələ də BŞTİ tərəfindən nəzarətə götürülüb. Yaxın zamanda məsələnin həlli istiqamətində müvafiq işlər görüləcək”.
Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi və şəbəkəsinin genişləndirilməsi baxımından davamlı tədbirlər, sosial inkişafa xidmət edən proqramlar həyata keçirilməkdədir:
“Bu tədbirlər uşaqların təlim-tərbiyə şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:50 / 24.05.2025
Bakıda təhlükəli vəziyyətdə olan uşaq bağçası NƏZARƏTƏ GÖTÜRÜLDÜ - VİDEO
Hazırda oxunan: Bakıda təhlükəli vəziyyətdə olan uşaq bağçası NƏZARƏTƏ GÖTÜRÜLDÜ - VİDEO
Hazırda oxunan: Bakıda təhlükəli vəziyyətdə olan uşaq bağçası NƏZARƏTƏ GÖTÜRÜLDÜ - VİDEO
251106
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.