Ukrayna məhkəməsindən Dağıstan lideri barəsində 8 il HƏBS CƏZASI

Ukrayna məhkəməsindən Dağıstan lideri barəsində 8 il HƏBS CƏZASI

Hazırda oxunan: Ukrayna məhkəməsindən Dağıstan lideri barəsində 8 il HƏBS CƏZASI

251085

Ukraynanın Çernivtsi Rayon Məhkəməsi Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Sergey Melikovu qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edib.

Bizim.Media Ukrayna KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun Rusiyadan hərbi əməliyyatların iştirakçılarına fəal dəstək verməsi olub.
 

Melikov Ukraynanın ərazi sərhədlərinin dəyişdirilməsinə yönəlmiş aksiyaların maliyyələşdirilməsi maddəsi ilə təqsirli bilinib.


Ukrayna hüquq-mühafizə orqanları Dağıstanın liderinin Rusiya Federasiyası Silahlı Qüvvələrinə hərtərəfli dəstək verdiyini bildirib.

Qeyd edək ki, 2020-ci ilin oktyabrından Dağıstana rəhbərlik edən Sergey Melikov genişmiqyaslı humanitar yardım proqramı təşkil edib. Respublika başçısının mətbuat xidmətinin martın 23-də dərc etdiyi məlumata görə, Dağıstandan müharibə iştirakçılarına göndərilən humanitar yardımın həcmi artıq 25 min tonu ötüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO