Etibar Həsənzadənin imza günü KEÇİRİLDİ – FOTO

Etibar Həsənzadənin imza günü KEÇİRİLDİ – FOTO

Hazırda oxunan: Etibar Həsənzadənin imza günü KEÇİRİLDİ – FOTO

251077

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında yazar Etibar Həsənzadənin imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, yazarın vətənpərvərlik ruhunda olan kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bayram Aşıqlının oxucular tərəfindən böyük maraqla qarşılanan KİTABLARI – FOTO


Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü Etibar Həsənzadə "Eşqin heykəli", "Duyğular dinsin" , "Gecikmiş etiraf" , "Mən şəhid olacam ana" "Vətən uğrunda" kitablarının müəllifidir.

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.









Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO