Əhaliyə XƏBƏRDARLIQ: “Kartda pul yoxdursa, kredit formasında zərər vuracaqlar”

Əhaliyə XƏBƏRDARLIQ: “Kartda pul yoxdursa, kredit formasında zərər vuracaqlar”

Hazırda oxunan: Əhaliyə XƏBƏRDARLIQ: “Kartda pul yoxdursa, kredit formasında zərər vuracaqlar”

251059

Mayın 23-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 1200, 1000, 600, 500, 400, 300, 250, 200, 200, 80, 78, 75, 56, 20 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

"Fərdi və bank kartı məlumatlarınız istənilirsə, təhlükə var. Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır", məlumatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO