Rusiya prezidenti Vladimir Putinin təhlükəsizliyinə görə Ukrayna nümayəndə heyəti ilə danışıqların növbəti raundu Vatikanda keçirilməyəcək.
Bizim.Media Lenta.ru-ya istinadən xəbər verir ki, bunu politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, İtaliyaya uçuş risklidir, çünki marşrut xətti Qərb ölkələrinin ərazisindən keçir.
Belə ki, politoloq Britaniya kəşfiyyat xidmətlərinin Rusiya liderinin təyyarəsinə hücum etməyə cəhd edə biləcəyi təhlükəsinin olduğunu bildirib.
Qeyd edək ki, daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov da Vatikanın Rusiya və Ukrayna arasında münaqişənin həlli üzrə danışıqların növbəti raundu üçün uyğun olmadığını bildirmişdi. O, pravoslav ölkələri arasında müzakirənin katolik platformasında aparılmasını münasib hesab etmədiyini demişdi.
Bizim.Media