Millimiz Sloveniyaya böyük hesabla QALİB GƏLDİ

Millimiz Sloveniyaya böyük hesabla QALİB GƏLDİ

Hazırda oxunan: Millimiz Sloveniyaya böyük hesabla QALİB GƏLDİ

251022

Minifutbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Bizim.Media xəbər verir ki, yığmamız Bakıda keçirilən dünya çempionatın qrup mərhələsinin II turunun matçına çıxıb.

Elşad Quliyevin baş məşqçisi olduğu komanda Sloveniyanı sınağa çəkib. İki gün əvvəl Bəhreynlə qollu heç-heçə (1:1) edən millimiz ilk qələbəsini qazanıb. Komandamız rəqibini 4:0 hesabı ilə məğlub edib. Millimiz qrupda lider mövqeyinə yüksəlib.

Qeyd edək ki, qrupun digər matçında Mavritaniya və Bəhreyn üz-üzə gəlib. Qarşılaşma afrikalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Dünya çempionatı
Qrup mərhələsi
II tur, 23 may
A qrupu
20:45. Sloveniya - Azərbaycan - 0:4
Qollar: Elvin Əlizadə, 10. Mirmehdi Rzayev, 11. Xətai Bağırov, 25. Kamran Abdullazadə, 40

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO