Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və internet üzərindən onlayn qumar oyunları təşkil etmə ittihamı ilə həbs olunan tiktoker Rəşad və Emin Abdullayev qardaşlarından biri – Emin Abdullayev ev dustaqlığına buraxılıb.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib.
Məhkəmə vəkil Orxan Zeynalov və İbrahim Qurbanovun verdiyi vəsatəti əsaslı hesab edib.
Qərara əsasən Emin Abdullayev barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib və o məhkəmə zalından azadlığa buraxılıb.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
Qeyd edək ki, Abdullayev qardaşları polis əməliyyatı nəticəsində saxlanılmışdılar.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:09 / 23.05.2025
Tiktoker qardaşlardan biri ev dustaqlığına BURAXILDI
Hazırda oxunan: Tiktoker qardaşlardan biri ev dustaqlığına BURAXILDI
Hazırda oxunan: Tiktoker qardaşlardan biri ev dustaqlığına BURAXILDI
251002
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.