Bu gün Azərbaycan 1-ci liqasında mövsümün son matçları keçirilib.
Bizim.Media xəbər verir ki, 27-ci turun 2-ci oyun gününə 3 görüş nəzərdə tutulub.
"Cəbrayıl" "Zaqatala" ilə, "Bakı Sportinq" MOİK-lə, "Difai" isə "İmişli" ilə qarşılaşıb.
Qeyd edək ki, 1-ci liqada "Qəbələ" çempion olub, "İmişli" 2-ci, "Karvan" 3-cü yeri tutub.
Sözügedən klublar növbəti mövsüm Misli Premyer Liqasında mübarizə aparmaq hüququ əldə ediblər. "Qaradağ Lökbatan"ın isə 2025/26 mövsümündə 2-ci liqada yarışacağı dəqiqləşib.
23 may (cümə)
15:00. “Cəbrayıl” – “Zaqatala” - 1:0
Qol: S.Məhərrəmli, 74
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov
“ASCO Arena”
15:00. “Bakı Sportinq” – MOİK - 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Elmin Süleymanov, Alik Yunusov
Binə qəsəbə stadionu
15:00. “Difai” – “İmişli” - 1:3
Qol: S.Rəhimov, 8 – H.İsayev, 26; E.Rəhimzadə, 67; X.Bəşirov, 85
Qırmızı vərəqə: G.Souza, 90+4 ("İmişli")
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Sənan Bayramzadə
Şamaxı OİK stadionu
22 may (cümə axşamı)
“Qaradağ Lökbatan” – “Qəbələ” - 0:3
“Mingəçevir” – “Karvan” - 2:1
Bizim.Media

- A-
- A
- A+
İdman
19:32 / 23.05.2025
"İmişli" mövsümü qələbə ilə BİTİRDİ
Hazırda oxunan: "İmişli" mövsümü qələbə ilə BİTİRDİ
Hazırda oxunan: "İmişli" mövsümü qələbə ilə BİTİRDİ
250982
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.