Bu gün futzal üzrə Yüksək Liqada 19-cu turun oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, tura lider “Araz-Naxçıvan”la ən yaxın izləyicisi “Neftçi”nin dueli ilə start verilib.
Oyun hər iki komanda üçün əhəmiyyətli idi. Nominal qonaqlar məğlub olmayacağı təqdirdə çempionluğu vaxtından əvvəl təmin edəcəkdi. “Ağ-qaralar” isə xal fərqini əritmək baxımından yaxşı fürsət qazanmışdı. Mərkəzi oyundan da qalib ayrılan “qırmızı-ağlar” çempionluğu vaxtından əvvəl təmin edib. Turun ikinci oyunu nominal qonaqlar üçün daha çox əhəmiyyət kəsb edirdi. Belə ki, “Baku Fire” qələbə qazanacağı təqdirdə ikinci pilləyə yüksələcəkdi. “Baku Fire” qazandığı növbəti 3 xalla mövsümün başa çatmasına bir tur qalmış 2-ci pilləyə yüksəlib. Gümüş və bürünc medalların sahibi mayın 29-da keçiriləcək oyunda müəyyənləşəcək.
Neftçi İK – Araz-Naxçıvan 2:6
Qollar: Mirzə Əmirov, 19:15, Abdul Ghafar, 22:48 – Matheus Henrique, 2:50, 18:48, Xəzər Ağalızadə, 14:40, 15:00, Ülvi Əliyev, 27:36, Amirhossein Rasouli, 28:47.
Yasamal Bakı – Baku Fire 2:16
Qollar: Zöhrab Quluşev, 35:26, Elçin Məmmədov, 37:00 – Kənan Manafov, 1:20, İago Henrique, 1:33, 20:11, 25:05, 34:11, 34:51, 35:00, 36:36, Henrique Soares, 5:42, Nurlan Mehdizadə, 13:54, 31:34, Tofiq Mikayılov, 14:06, Elmir Xəlilov, 25:31-öz qapısına. Tofiq Əliyev, 26:01, Oktay Rüstəmli, 28:24.
U-19 – Şuşa 3:5
Qollar: Pünhan Qasımzadı, 1:00, Bəyoğlan Vəlizadə, 13:09, Ədalət Ələkbərov, 38:27 – İlham Alıyev, 3:42, 10:51, 20:26, Sadeq Javiditabar, 5:53, Aidar Turarov, 39:00.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
21:35 / 22.05.2025
“Araz Naxçıvan” çempionluğunu RƏSMİLƏŞDİRDİ
Hazırda oxunan: “Araz Naxçıvan” çempionluğunu RƏSMİLƏŞDİRDİ
Hazırda oxunan: “Araz Naxçıvan” çempionluğunu RƏSMİLƏŞDİRDİ
250805
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.