Bakıda yaşayan Naxçıvan sakinlərinin diqqətinə

Bakıda yaşayan Naxçıvan sakinlərinin diqqətinə

Hazırda oxunan: Bakıda yaşayan Naxçıvan sakinlərinin diqqətinə

25070

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Bizim.Media-nın xəbərinə görə, məlumatda 2021-ci il 1 iyul tarixindən etibarən Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi yaşayış qeydiyyatında olan sakinlərə istifadə müddəti bitmiş, itirilmiş, yaxud da istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrinin Bakı şəhəri, Rəşid Behbudov küçəsi 130 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti fəaliyyət göstərəcək Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən yenisi ilə əvəzlənməsinə başlanılacağı qeyd edilir.

Bildirilir ki, şəxsiyyət vəsiqələrinin verilməsi, ilkin mərhələdə 2021-ci il 31 iyul tarixinədək davam etdiriləcək.

Əlaqə tel: (012) 590-64-43, 590-64-31

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO