Kolanın bilmədiyiniz 5 faydası

Kolanın bilmədiyiniz 5 faydası

Hazırda oxunan: Kolanın bilmədiyiniz 5 faydası

250677

Hər kəs kolanı zərərli içki kimi tanıyır, amma bu içkinin bir sıra faydaları da var.

Bizim.Media “Sabah” qəzetinə istinadla xəbər verir ki, bu faydaları kolanı içən zaman deyil, məişətdə istifadə edərkən görə bilərsiniz.

1. Çiçəklərə qulluq

Dibçək qabındakı bitkilərin dibinə kola töksəniz, tərkibindəki köpüklər torpağa hava verərək köklərin daha dərinə enəcək və güclü olacaq.

2. Eynək təmizləmək

Eynəklərinizi kola isladılmış dəsmal ilə sildikdən sonra yuyun və qurudun.

3. Meduza dişləmələri zamanı işlədin

Məlumata görə, meduza bədəninizi dişləyibsə, həmin yerə kola töksəniz ağrını azaldacaq. Bu üsuldan böcək dişləmələri zamanı da istifadə edə bilərsiniz.

4. Saçınızdakı saqqızı ayırın

Saça saqqız yapışarsa, bunu ayırmaq o qədər də asan olmur. Amma saqqız yapışan yerə kola töksəniz, tərkibindəki turşu sayəsində asanlıqla ayrılacaq.

5. Kafelləri təmizləyin

Hamam-tualetinizi nə qədər təmiz saxlasanız da, zamanla plitələr arasındakı boşluqlar qaralır.

Kola da bu problemin həlli ola bilər. Təmiz bir diş fırçasını kolaya batıraraq kafellər arasındakı boşluqları təmizləyə bilərsiniz.

Qeyd edək ki, qazlı və şəkərli içkilər insan sağlamlığı üçün ən zərərli 20 məhsuldan biri hesab edilir. (ölkə.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO