Azərenerji və AzGreenOil brendi ilə tanınan EKOKAT MMC enerji sektorunda əməkdaşlığa İMZA ATDI

Azərenerji və AzGreenOil brendi ilə tanınan EKOKAT MMC enerji sektorunda əməkdaşlığa İMZA ATDI

Hazırda oxunan: Azərenerji və AzGreenOil brendi ilə tanınan EKOKAT MMC enerji sektorunda əməkdaşlığa İMZA ATDI

250653

2025-ci il aprelin 29-da Azərenerji ASC və Azərbaycanda tullantı yağlarının təkrar emalı sahəsində lider olan AzGreenOil brendi ilə tanınan EKOKAT MMC arasında ətraf mühitin mühafizəsi və enerji sektorunda ekoloji dayanıqlılığın gücləndirilməsi məqsədilə strateji əməkdaşlığa dair müqavilə imzalanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Caspian Marine Services tullantı yağlarının idarə olunması üzrə AzGreenOil brendi ilə tanınan EKOKAT MMC ilə əməkdaşlığa BAŞLAYIR


Bizim.Media xəbər verir ki, sənədə əsasən, Azərenerji-nin balansında olan elektrik stansiyalarında istifadə olunmuş sürtkü yağlarının AzGreenOil vasitəsilə təhlükəsiz şəkildə toplanaraq təkrar emal olunması və yenidən istifadəyə verilməsi nəzərdə tutulur.

Görüş zamanı tərəflər tullantı yağlarının idarə olunması üzrə ən müasir texnoloji həlləri, həmçinin emal və logistika zəncirinin optimallaşdırılması imkanlarını geniş şəkildə müzakirə ediblər. Layihənin əsas məqsədi ətraf mühitə atılan tullantı miqdarını minimuma endirmək, xammal dövriyyəsində qənaətə nail olmaq və enerji təsərrüfatında texniki səmərəliliyi artırmaqdır.

Əməkdaşlıq çərçivəsində işlənmiş yağlar AzGreenOil brendinə məxsus EKOKAT MMC-nin Balaxanı Sənaye Parkında yerləşən, innovativ texnologiyalarla təchiz edilmiş emal zavoduna təhvil veriləcək. Burada yağlar sənaye standartlarına cavab verən, ekoloji baxımdan təmiz sürtkü məhsullarına çevrilərək dövriyyəyə qaytarılacaq.

Qeyd edək ki, AzGreenOil brendi EKOKAT MMC tərəfindən yaradılıb və Azərbaycanda tullantı yağlarının təkrar emalı sahəsində rəsmi fəaliyyət göstərən ilk və yeganə qurumdur. Şirkətin Balaxanıdakı zavodu 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. AzGreenOil brendi öz fəaliyyəti ilə ölkədə dairəvi iqtisadiyyat prinsiplərinin tətbiqinə və ekoloji tarazlığın qorunmasına mühüm töhfə verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO