Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində zəncirvari qəza olub, ölən və yaralananlar var.
Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə zamanı "Mercedes" markalı iki minik avtomobili və üç yük maşını toqquşub.
Toqquşma nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub.
Qəzanın səbəbləri araşdırılır.
Bizim.Media