Fuad Xəlilov “İçərişəhər” Qoruğu İdarəsinin Aparat rəhbəri TƏYİN EDİLDİ

Fuad Xəlilov “İçərişəhər” Qoruğu İdarəsinin Aparat rəhbəri TƏYİN EDİLDİ

Hazırda oxunan: Fuad Xəlilov “İçərişəhər” Qoruğu İdarəsinin Aparat rəhbəri TƏYİN EDİLDİ

250322

Fuad Xəlilov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri təyin edilib.

Bizim.Media xəbər verir ki, 1978-ci ildə Bakı şəhərində anadan olan Fuad Xəlilov Azərbaycan Dövlət Neft Akademiyasını “Beynəlxalq iqtisadi əlaqələr” ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 2000-ci ildə bank sektorunda başlayaraq “Nikoil Bank”, “Bank Standard” və “Standard Insurance ASC” kimi maliyyə qurumlarında məsul və rəhbər vəzifələrdə çalışıb.

O, 2017–2025-ci illər ərzində telekommunikasiya sahəsində fəaliyyətini davam etdirən Fuad Xəlilov “Bakcell” və “Azerconnect Group”da B2B satış və məhsul idarəetməsi sahələrinə rəhbərlik edib. 2020-ci ildə Dövlət Məşğulluq Agentliyində sədrin müşaviri vəzifəsində fəaliyyət göstərərək dövlət idarəçiliyi sahəsində də təcrübə qazanıb.

Hazırda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri vəzifəsinin icrasına başlamışdır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO