Naftalanda yaşayış binasında YANĞIN - Tüstüdən zəhərlənənlər var

Naftalanda yaşayış binasında YANĞIN - Tüstüdən zəhərlənənlər var

Hazırda oxunan: Naftalanda yaşayış binasında YANĞIN - Tüstüdən zəhərlənənlər var

250256

Naftalan şəhərində yerləşən doqquz mərtəbəli yaşayış binasında yanğın baş verib.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə binanın səkkizinci mərtəbəsində təmir işləri aparılan mənzildə qeydə alınıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun digər mənzillərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı binanın doqquzuncu mərtəbəsində yaşayan sakinlər - 1973-cü il təvəllüdlü Ulduz Əhmədova və onun oğlu, 1990-cı il təvəllüdlü Bəxtiyar Əhmədov tüstüdən zəhərləniblər.

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən onlara ilkin tibbi yardım göstərilib.

Həkimlərin verdiyi məlumata görə, hər iki şəxsin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO