"Hayduk"un futbolçusu İvan Rakitiç peşəkar karyerasını başa vurub.
Bizim.Media xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi Split təmsilçisinin heyətində son ev oynuna Xorvatiya çempionatının 35-ci turunun "Riyeka" ilə matçında (2:1) çıxıb.
Xorvatiyalı oyunçu həftəsonu "Şebenik" qarşısında isə karyerasının son oyununu keçirəcək. Xorvatiya millisinin sabiq üzvü bundan sonra peşəkar karyerasını başa vuracaq.
Qeyd edək ki, İvan Rakitiç "Bazel"in yetirməsidir. Təcrübəli futbolçu karyerası ərzində "Şalke", "Sevilya", "Barselona" və "Əl-Şəbab"da çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
23:39 / 19.05.2025
Məşhur futbolçu karyarasını BAŞA VURUR
Hazırda oxunan: Məşhur futbolçu karyarasını BAŞA VURUR
Hazırda oxunan: Məşhur futbolçu karyarasını BAŞA VURUR
250228
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.