“Əgər Qarabağla bağlı əvvəllər diplomatik danışıqlara nail olunsaydı, yeddi rayon onsuz da Azərbaycana veriləcəkdi, ancaq sülh yolu ilə”.
Bizim.Media-nın məlumatına görə bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli və xarici media nümayəndələrinə müsahibəsində bildirib.
“Biz bütün münaqişənin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin işləyib hazırladıqları prinsiplər əsasında çoxdan həll olunmasını istəyirdik. Əgər o yolla gedilsəydi, nəticə yəqin ki, praktiki olaraq indiki kimi olacaqdı. Əvvəl beş rayonun, daha sonra iki rayonun azad olunması
Lakin birincisi bu qansız başa gələcəkdi, ikincisi isə bu siyasi həll yolu ilə birlikdə baş verəcəkdi”, - deyə Rusiya XİN başçısı vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
14:37 / 12.11.2020
Lavrov: « Onsuz da 7 rayon Azərbaycana veriləcəkdi »
Hazırda oxunan: Lavrov: « Onsuz da 7 rayon Azərbaycana veriləcəkdi »
Hazırda oxunan: Lavrov: « Onsuz da 7 rayon Azərbaycana veriləcəkdi »
2502
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.