Azərbaycanda müxtəlif xəstəliklərin müalicəsinə bu il dövlət büdcəsindən 303,4 milyon manat vəsait ayrılacaq.
Bizim.Media bu barədə Maliyyə Nazirliyə istinadən xəbər verir.
Məlumata görə, həmin məbləğin 65,9 milyon manatı şəkərli diabet xəstəliyi üzrə tədbirlərə, 57,5 milyon manatı onkoloji xəstəliklər üzrə mübarizə tədbirlərinə, 50,9 milyon manatı qanın bədxassəli və irsi xəstəlikləri ilə mübarizə və təşkili tədbirlərinə, 46 milyon manatı xroniki böyrək çatışmazlığı üzrə mübarizə tədbirlərinə, 28,8 milyon manatı yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlər proqramına, 16,3 milyon manatı hemofiliya xəstəliyi üzrə mübarizə tədbirlərinə, 10,1 milyon manatı qanın, qan komponentlərinin donorluğunun inkişafı, qan xidmətinin təşkilinə, 7,5 milyon manatı dağınıq skleroz xəstəliyinin müalicəsinə, 6,4 milyon manatı insan immunçatışmazlığı virusu / qazanılmış immunçatışmazlığı sindromu (iiv/qiçs) ilə mübarizə tədbirlərinə, 6 milyon manatı ixtiyoz və kəpənək xəstəliyinə qarşı mübarizə tədbirlərinə, 5 milyon manatı ana və uşaqların sağlamlığının yaxşılaşdırılması tədbirlərinə, 2,4 milyon manatı vərəmlə mübarizə tədbirlərinə, 0,6 milyon manatı uşaqlarda kistoz fibroz genetik xəstəliyi ilə mübarizə tədbirlərinə xərclənəcək.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
11:28 / 19.05.2025
Bu il dövlət büdcəsindən xəstəliklərin müalicəsinə nə qədər pul ayrılıb?
Hazırda oxunan: Bu il dövlət büdcəsindən xəstəliklərin müalicəsinə nə qədər pul ayrılıb?
Hazırda oxunan: Bu il dövlət büdcəsindən xəstəliklərin müalicəsinə nə qədər pul ayrılıb?
250095
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.