C5N telekanalının jurnalisti müsahibə almaq istəyərkən mikrofonla Argentina Prezidenti Xavyer Mileyin burnunu əzib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Infoveloz nəşri yayıb.
Hadisə Bəuenos-Ayresin Alqomro ərazisində yerləşən Milli Texnologiya Universitetinin girişində baş verib. Siyasətçi jurnalistə “Məni bilərəkdən vurdunmu?” – deyə soruşub.
Jurnalist isə baş verənlərə görə üzr istədiyini bildirib.
Bizim.Media