Şabran qəzasında həyat yoldaşı ilə həlak olan şəxs Vətən Müharibəsi qazisidir

Şabran qəzasında həyat yoldaşı ilə həlak olan şəxs Vətən Müharibəsi qazisidir

Hazırda oxunan: Şabran qəzasında həyat yoldaşı ilə həlak olan şəxs Vətən Müharibəsi qazisidir

249992

Şabranda baş verən qəzada ölən qadının da kimliyi məlum olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, ölən qadın "Reno"nun sürücüsü Akif Zeynalzadənin həyat yoldaşı Dinara Zeynalzadədir.

Cütlüyün bir qızı var, qadın 2-ci uşağa hamilə olub.

Mərhum Akif Zeynalzadə Vətən Müharibəsi qazisi olub.

Faktı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi araşdırır.

Xatırladaq ki, bu gecə Bakı-Quba yolunun 122-ci km-də, Şabrandan keçən hissəsində baş verən qəzada sürücü (Bakının Xəzər rayonunun Şüvəlan qəsəbə sakini) Akif Səlahət oğlu Zeynalzadə və onun qadın sərnişini həlak olub.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO