Ukrayna Prezidenti Volodimir Zelenski Vatikanda ABŞ-ən vitse-prezidenti Ceyms Devid Venslə görüşüb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, onlar Papa XIV Leonun taxta çıxma mərasimi zamanı qarşılaşıblar.
Siyasətçilər görüş zamanı bir-birlərinin əlini sıxıblar.
Xatırladaq ki, Zelenski ilə Vens arasında son görüş bu ilin fevral ayında Ağ Evdə baş tutub.
Vaşinqtonda Ukrayna və ABŞ prezidentləri arasında keçirilən görüş zamanı prezidentlər Zelenski, Tramp və ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens arasında mübahisə yaranıb.
Bu zaman Tramp Zelenskini ABŞ-a qarşı hörmətsiz davranışda, Vens isə Kiyevə göstərilən dəstəyə görə Vaşinqtona təşəkkür etməməkdə ittiham edib. Nəticədə mətbuat konfransı ləğv edilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:58 / 18.05.2025
Zelenski və Vens mübahisədən sonra ilk dəfə görüşdü - FOTO
Hazırda oxunan: Zelenski və Vens mübahisədən sonra ilk dəfə görüşdü - FOTO
Hazırda oxunan: Zelenski və Vens mübahisədən sonra ilk dəfə görüşdü - FOTO
249988
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.