Rusiya prezidenti Vladimir Putin iyunun 15-də federasiyanı tərk etməli olan miqrantların ən böyük dövlətdə qalma möhlətlərini uzadıb.
Bizim.Media xəbər verir ki, Rusiya vətəndaşlığı və yaşamaq icazəsi olmayan miqrantların ölkəni tərk etmək vaxtını sentyabrın 30-dək uzadıb. Mətbu orqanlar isə Rusiyada miqrant sayına görə ölkələrin ardıcıllığını paylaşıb.
MÖVZU İLƏ BAĞLI:
Dövlət Miqrasiya Xidmətinin rəisindən MÜRACİƏT
Hazırda 120 min Azərbaycan vətəndaşı Rusiyada miqrantdır. Siyahıya görə Rusiyada olan erməni miqrantların sayı isə 61 min nəfərdir. Lakin bu həqiqətdən bir qədər uzq görünür çünki, təkcə son 5 ay ərzində Ermənistanı 80 min vətəndaş tərk edib ki, onların da çoxu Rusiyaya üz tutub.
Bundan başqa, pandemiyaya görə quru sərhədlərinin bağlanması və ölkəyə qayıda bilməyənlər də bütün respublikalar üçün nəzərə alınmalıdır.
Digər ardıcıllıq isə belədir:
Qazaxıstan (49 min) , Qırğızıstan (115 min), Tacikistan (247 min), Özbəkistan (332 min) və Ukrayna (152 min).
Bizim.Media