Birinci Liqa: “İmişli” və “Karvan”dan heç-heçə, “Mingəçevir” QALİB GƏLDİ

Birinci Liqa: “İmişli” və “Karvan”dan heç-heçə, “Mingəçevir” QALİB GƏLDİ

Hazırda oxunan: Birinci Liqa: “İmişli” və “Karvan”dan heç-heçə, “Mingəçevir” QALİB GƏLDİ

249770

Bu gün Azərbaycan 1-ci liqasında 26-cı tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, 2-ci oyun günündə 4 matç keçirilib.

"İmişli" "Bakı Sportinq"lə oyunda qələbə qazanaraq 2-ciliyi təmin edə bilərdi. Buna "Karvan"ın öz oyununda 2:2 hesablı heç-heçə etməsi də şərait yaratmışdı. Lakin İmişlidə keçirilən görüş qolsuz bərabərliklə başa çatıb. Bununla da 2-ci və 3-cü pillələrin taleyi son - 27-ci turda həll olunacaq. Bu gün həmçinin "Difai" "Cəbrayıl"la, MOİK "Mingəçevir"lə üz-üzə gəlib. Qeyd edək ki, 1-ci liqada "Qəbələ" çempionluq qazanıb. Əyalət təmsilçisi ilə yanaşı, "İmişli" və "Karvan" növbəti mövsüm üçün Premyer Liqaya vəsiqəni təmin edib.

16 may (cümə)

17:00. “Difai” – “Cəbrayıl” - 1:1

Qollar: F.Kərimzadə, 59 – S.Əliyev, 80 - avtoqol

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, İslam Məmmədov

Şamaxı OİK stadionu

17:00. “İmişli” – “Baku Sporting” - 0:0

Hakimlər: Rövşən Rəcəbov, Aydın Baxşıyev, Zakir Şükürzadə, Sənan Bayramzadə

Heydər Əliyev adına İmişli şəhər stadionu

17:00. MOİK – “Mingəçevir” - 1:3

Qollar: İ.Əliyev, 66 - pen. – N.Əliyev, 14; A.Nəsibov, 33; A.Usman, 82

Hakimlər: Alik Yunusov, Vüqar Bayramov, Anar Bədəlov, Şamil İmanzadə

Binə qəsəbə stadionu

17:00. “Karvan” – “Qaradağ Lökbatan” - 2:2

Qollar: E.Morgan, 50; E.Qasımov, 74 – T.Mütəlimov, 10; T.Əmircanov, 45 - pen.

Hakimlər: Mahmud Bağırzadə, Nurlan Əhmədzadə, Rasim Axundov, Ruslan Quliyev

Yevlax şəhər stadionu

15 may

"Qəbələ" – "Zaqatala" - 4:0

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO