Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müşaviri, həmçinin peşəkar idmançı Orxan Süleymanov Polşanın paytaxtı Varşava şəhərində 16-18 may tarixlərində keçirilən Dünya Karate Alyansının (WKA) Avropa çempionatında bütün rəqiblərini məğlub etməklə Avropa Çempionatının qızıl medalını qazanıb.
Bizim.Media xəbər verir ki, həmçinin 18-35 yaşlı karateçilərin komanda döyüşlərində ölkəmizi təmsil edən komandamızın karateçiləri ”Samuray” Karate Klubunun idmançıları Orxan Süleymanov, Röyal Səfərov və Elmin İsayev bütün döyüşlərdə rəqiblərinə qalib gəlməklə komanda şəklində qızıl medal qazanıblar.
Avropa çempionatının ikinci və üçüncü günündə uşaqlar və yeniyetmə karateçilərimiz ölkəmizi təmsil edəcəklər.
Elgün Gəncimsoy, Bizim.Media

- A-
- A
- A+
İdman
19:06 / 16.05.2025
Orxan Süleymanov Polşada QIZIL MEDAL qazandı - FOTO
Hazırda oxunan: Orxan Süleymanov Polşada QIZIL MEDAL qazandı - FOTO
Hazırda oxunan: Orxan Süleymanov Polşada QIZIL MEDAL qazandı - FOTO
249758
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.