Bu diş pastalarında zəhərli maddə aşkarlandı - Azərbaycanda da satılır

Bu diş pastalarında zəhərli maddə aşkarlandı - Azərbaycanda da satılır

Hazırda oxunan: Bu diş pastalarında zəhərli maddə aşkarlandı - Azərbaycanda da satılır

249736

Yeni laboratoriya araşdırması məşhur diş pastalarında ağır metalların olduğunu üzə çıxarıb.

Bizim.Media xəbər verir ki, ABŞ-nin “Lead Safe Mama” təşkilatı tərəfindən test edilən 51 məhsulun 90%-də qurğuşun, 65%-də arsen, 47%-də civə, 35%-də isə kadmium tapılıb.
 

Araşdırmaya “Crest”, “Colgate”, “Sensodyne”, “Orajel”, “Burt’s Bees”, “Tom’s of Maine” və “Salam” kimi tanınmış markalar da daxildir.


Qeyd edək ki, bu markalardan bəziləri Azərbaycanda, demək olar ki, bütün marketlərdə satışdadır.

Mütəxəssislərin sözlərinə görə, bu maddələr öyrənmə pozğunluğu, autizmə bənzər simptomlar və ürək-damar xəstəlikləri ilə əlaqələndirilə bilər.

Xüsusilə uşaqlar üçün nəzərdə tutulan məhsulların belə təhlükəli maddələr içerməsi narahatlıq doğurur. (musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO