Birinci Qarabağ müharibəsinin şəhidi Zərdabda dəfn edildi - FOTO

Birinci Qarabağ müharibəsinin şəhidi Zərdabda dəfn edildi - FOTO

Hazırda oxunan: Birinci Qarabağ müharibəsinin şəhidi Zərdabda dəfn edildi - FOTO

249679

Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan Abbasov Abuzər Tənzil oğlunun meyitinin qalıqları Zərdab rayonuna gətirilib. O, Beyləqan rayon məzarlığında naməlum şəhid kimi dəfn olunmuşdu.

Bizim.Media xəbər verir ki, şəhidin nəşi bu gün rayonun Yuxarı Seyidlər kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib.
 

Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.


Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.
Qeyd edək ki, Abbasov Abuzər Tənzil oğlu 1994-cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı ərazisində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO