676 nəfərin əmək müqaviləsiz işlədiyi AŞKARLANDI – 2,6 milyonluq CƏRİMƏ

676 nəfərin əmək müqaviləsiz işlədiyi AŞKARLANDI – 2,6 milyonluq CƏRİMƏ

Hazırda oxunan: 676 nəfərin əmək müqaviləsiz işlədiyi AŞKARLANDI – 2,6 milyonluq CƏRİMƏ

249650

Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətləri əsasında apardığı yoxlamalarla isə 676 şəxsin əmək müqaviləsi olmadan işləməsi müəyyən edilərək işəgötürənlər ümumilikdə 2.643.000 manat məbləğdə, habelə 7 fakt üzrə işçini əmək  unksiyasına aid olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə  görə aidiyyəti vəzifəli şəxslər 8000 manat məbləğdə cərimələnmişdir.

Bizim.Media xəbər verir ki, bu məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında təqdim edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.
 

Məlumata əsasən, daxil olan müraciətlərə baxılması zamanı aşkarlanmış 15 yaşına  çatmamış şəxsi işə cəlb etməklə bağlı daha 2 fakt üzrə təqsirkar şəxslər barəsində ümumilikdə 4.000 manat inzibati cərimə tətbiq edilmişdir. 


Qeyd edək ki, məruzəni daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov təqdim edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO