Lənkəranda zəncirvari QƏZA: Xəsarət alanlar var - FOTO

Lənkəranda zəncirvari QƏZA: Xəsarət alanlar var - FOTO

Hazırda oxunan: Lənkəranda zəncirvari QƏZA: Xəsarət alanlar var - FOTO

249614

Lənkəran şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində, yerli sakinlər arasında "Azriba" kimi tanınan ərazidə baş verib.

Qəza zamanı ümumilikdə 4 avtomobil toqquşub.

İlkin məlumata görə, əvvəlcə "VAZ-21015" markalı avtomobil "Mercedes" markalı nəqliyyat vasitəsinə çırpılıb. Toqquşma nəticəsində "Mercedes" yol kənarındakı hasara dəyərək onu dağıdıb.
 

Daha sonra "VAZ-21015" həmin ərazidə dayanan "VAZ-2107" markalı avtomobilə çırpılıb, "VAZ-2107" isə zərbənin təsirindən qarşısındakı "Nissan" markalı avtomobillə toqquşub.


Qəza nəticəsində iki nəfər – 1991-ci il təvəllüdlü Əkbər Emin oğlu Əlizadə və 1982-ci il təvəllüdlü Xəyalə Akif qızı Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Qəza nəticəsində hər dörd avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.




Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO