Arzu Nağıyev: “Xocalı qatilləri Azərbaycana qayıtsalar  həbs olunacaqlar”

Arzu Nağıyev: “Xocalı qatilləri Azərbaycana qayıtsalar  həbs olunacaqlar”

Hazırda oxunan: Arzu Nağıyev: “Xocalı qatilləri Azərbaycana qayıtsalar  həbs olunacaqlar”

2496

"Xocalı qatilləri də, digərləri də Azərbaycana həbs edilərək gələ bilərlər, onların hamısı eyni şiddətlə mühakimə olunacaqlar”.

II Qarabağ Müharibəsi artıq tarixə qovuşdu. 45 günlük Vətən savaşından sonra Ermənistanın kapitulyasiyası ilə nəticələnən saziş imzalandı. Bundan sonra ərazilərin təmizlənməsi, bölgədə sülhün bərpası, məcburi köçkünlərin yerlərinə qayıtması və onların bütün ehtiyac məsələlərinin təminatı söhbət mövzusu olacaq.

Amma 30 illik bir münaqişə dövründə ermənilərin törətdiyi vandalizim aktları, təzminat məsələsi də gözardı olunmayacaq. Azərbaycan Prezidentinin dediyi kimi, onlar mütləq təzminat ödəyəcəklər.

Bundan başqa ermənilərin 1988-ci ildən bəri törətdiyi qətliamlar, terror hadisələri, Xocalı soyqırımı da var. Bu qətliamlarda çoxlu sayda Azərbaycan vətəndaşı olan etnik ermənilərin də adı keçir.

Söhbəti politoloq, millət vəkili Arzu Nağıyevlə davam etdiririk:

“Erməni millətindən olan istənilən keçmiş vətəndaşımız Dağlıq Qarabağ ərazisində yaşamaq istəyərsə, onlar Azərbaycan vətəndaşlığını yenidən qəbul etməlidir".

"Bununla da Azərbaycan Respublikası Konstitutsiyası ilə nəzərdə tutulan bütün hüquqlara da malik olacaq. Amma bu o demək deyil ki, bizim vətəndaşdırsa, 30 il bundan öncə törətdikəri cinayətə, terror aktında iştiraka görə cəzalardan yaxalarını qurtara bilərlər”.

Millət vəkili bildirir ki, o cinayətkarların hamısı günü bu gün də interpol xətti ilə axtarışdadırlar. Cinayət faktının hansı zamanda, hansı şəraitdə törədilməsi hadisənin yükünü azaltmır:

“Həm birinci, həm ikinci Qarabağ Müharibəsində cinayət törədən şəxslər adbaad qeydiyyata alınıb. Onlara qarşı heç bir güzəşt olmayacaq.

"Xocalı qatilləri də, digərləri də Azərbaycana həbs edilərək gələ bilərlər, onların hamısı eyni şiddətlə mühakimə olunacaqlar".

"Bundan başqa, Ermənistanın terror siyasətini dəstəkləyən, həyata keçirən transmilli cinayətkar qruplara qarşı beynəlxalq təşkilatlar qarşısında iddialar qaldırlması da qaçılmazdır. Və onlar haqqında müvafiq qərarlar qəbul etmək mümkündür".

"Cinayətdə əli olan hər bir kəs layiqli cəzasını alacaq”.

Gülşanə Mustfayeva, Bizim.Media.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO