Azərbaycan kubokunun final oyununun biletləri satışa ÇIXARILDI

Azərbaycan kubokunun final oyununun biletləri satışa ÇIXARILDI

Hazırda oxunan: Azərbaycan kubokunun final oyununun biletləri satışa ÇIXARILDI

249597

Azərbaycan kubokunun final oyununun biletləri satışa çıxarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə PFL məlumat yayıb.
 

Mayın 31-də "Qarabağ" və "Sabah"ın üz-üzə gələcəyi həlledici qarşılaşmanın biletlərini bu gündən etibarən iTicket.az saytı və satış məntəqələrindən əldə etmək mümkündür.


Məlumatda o da qeyd olunub ki, azarkeşlər üçün görüşdən 1 saat əvvəl - saat 18:00-da "Darvish Band" qrupunun konsert proqramı təşkil olunacaq.

Biletlərin satış məntəqələri:

Gənclik Mall

28 Mall

Heydər Əliyev Sarayı

Köşk №1 (M. Rəsulzadə küç. 3, Bakı)

Köşk №2 (Bülbül prospekti və Nizami küçəsinin kəsişməsi, Bakı)

1, 2, 3, 4 saylı ASAN xidmət mərkəzləri və 1 saylı Sumqayıt ASAN xidmət mərkəzi.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

 

Qeyd olunub ki, final görüşünün keçiriləcəyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun kassalarından biletləri yalnız oyun günü əldə etmək mümkündür.


Bilet qiymətləri 3 , 5 , 10, 15, 20, 30 və 50 AZN ("VIP Lounge") təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO