Xəbər verildiyi kimi Xaçmazın Fərzəlioba kəndində bıçaqlanma hadisəsi qeydə alınıb.
Aralarındakı mübahisəyə görə kənd sakini 31 yaşlı Səbuhi Mahmudov həmkəndlisi, 41 yaşlı Mübariz Şıxmuradovu bıçaqlayıb.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-ya bildirilib ki, 15.05.2025-ci il saat 00:30 radələrində Xaçmaz rayonunda xəsarət alan 1983-cü il təvəllüdlü (kişi cinsli) şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
MÖVZU İLƏ BAĞLI:
Xaçmazda 31 yaşlı şəxs həmkəndlisini BIÇAQLADI
Ona xarici cinsiyyət orqanının tam amputasiyası diaqnozu qoyulub. Xəsarət alan şəxsin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, bir il əvvəl Mübariz Şıxmuradov Səbuhi Mahmudovu döyüb, söyüb və təhqir edib.
Bir il keçəndən sonra Mübarizin onu döyüb söyməsi gecə Səbuhinin yadına düşüb. Səbuhi ötən gün gecə saat 11-də Mübarizin qapısına gəlib. Evdən onu çağırıb. Bıçaqla onun boğazına və cinsiyyət orqanına xəsarət yetirib.
Hazırda fakta görə istintaq tədbirləri başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu