Elnur Çıraqov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Elnur Çıraqov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Hazırda oxunan: Elnur Çıraqov yüksək vəzifəyə TƏYİN EDİLDİ

249473

Çıraqov Elnur Vaqif oğlu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il mayın 13-də bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Elnur Çıraqov 1987-ci ildə Kəlbəcər rayonunda anadan olub.
 

O, 2006–2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində inzibati idarəetmə istiqamətində bakalavr təhsili alıb. Daha sonra Türkiyə Respublikasında Ankara Universitetinin Sosial Elmlər İnstitutunda magistratura, Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda isə doktorantura təhsilini başa vurub.


Elnur Çıraqov , 2015-2019-cu illərdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışıb. 2019-cu ildən etibarən Sosial Tədqiqatlar Mərkəzində Sosial-iqtisadi təhlil departamentində aparıcı məsləhətçi, 2022-ci ilin fevral ayından baş məsləhətçi, 2022-ci ilin iyul ayından isə İctimai rəyin öyrənilməsi departamentinin müdiri vəzifələrində fəaliyyət göstərib.

Müxtəlif analitik təhlillərin, elmi araşdırmaların və məqalələrin müəllifidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO