Hazırda Harvard Universitetində çalışan rusiyalı alim Kseniya Petrova qurbağa embrionlarını ölkəyə qaçaq yolla keçirməkdə şübhəli bilinərək ABŞ-da həbs edilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı ABŞ Ədliyyə Nazirliyi yayıb.
“Rusiya vətəndaşı olan 31 yaşlı Kseniya Petrova ABŞ-a malların qaçaqmalçılığı maddəsi üzrə cinayət məsuliyyətinə cəlb olunub. Petrova 2025-ci il fevralın 16-da ABŞ miqrasiya xidməti tərəfindən saxlanılıb. Bu gün isə o, xüsusi olaraq Afrika dırnaqlı qurbağasının embrionlarını və embrional nümunələri qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməyə cəhd etdiyi üçün cinayət məsuliyyətinə cəlb olunub”, – deyə nazirliyin açıqlamasında bildirilir.
Ədliyyə Nazirliyi qeyd edir ki, əgər Petrova təqsirli bilinərsə, onu 20 ilədək həbs və 250 min ABŞ dolları məbləğində cərimə gözləyir.
ABŞ hakimiyyət orqanlarının iddiasına görə, Petrova bioloji materialı bəyan etməli olduğunu bilirmiş.
“İttiham sənədlərinə əsasən, Petrovaya aid telefonda onun həmkarlarından biri tərəfindən göndərilmiş mesajlar aşkar edilib. Bu şəxs açıq şəkildə Petrovaya bioloji materialı bəyan etməli olduğunu bildirib”, – deyə qurumdan əlavə olunub.
Xatırladaq ki, Harvard Tibb Məktəbində çalışan Petrova Fransadan qayıdarkən Boston hava limanında saxlanılıb. Saxlanmanın səbəbi onun tədqiqat üçün gətirdiyi qurbağa embrionlarını bəyan etməməsi olub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:45 / 15.05.2025
ABŞ-da rusiyalı alim həbs edildi – NƏDƏ İTTİHAM OLUNUR?
Hazırda oxunan: ABŞ-da rusiyalı alim həbs edildi – NƏDƏ İTTİHAM OLUNUR?
Hazırda oxunan: ABŞ-da rusiyalı alim həbs edildi – NƏDƏ İTTİHAM OLUNUR?
249415
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.