Azərbaycan millisində çıxış etməsinə icazə VERİLMƏDİ

Azərbaycan millisində çıxış etməsinə icazə VERİLMƏDİ

Hazırda oxunan: Azərbaycan millisində çıxış etməsinə icazə VERİLMƏDİ

249358

Buzüstü fiqurlu konkisürən Veronika Jilina Azərbaycan yığmasında çıxış edə bilməyəcək.

Bizim.Media TASS agenliyinə istinadən xəbər verir ki, Rusiya Buzüstü Fiqurlu Konkisürmə Federasiyasının İcraiyyə Komitəsi bu keçidi təsdiqləməyib.

Federasiyasının rəhbəri Anton Sixarulidze deyib:
 

“Veronika Jilina heç bir ölkənin yığma konandasına keçə bilməz. Çünki hazırda o, hələ də Rusiya milli komandasının üzvüdür. Onun niyə bizdə çıxış etmədiyini tam başa düşmürük. Biz onu gözləyirik. O, əla formadadır. Buna görə də mən Veronika Jilinaya komandamızda çıxış etməyi tövsiyə edərdim. Onun böyük şansları var və o, çox istedadlı idmançıdır”.


Xatırladaq ki, daha əvvəl həmin mənbə 17 yaşlı idmançının növbəti mövsümdən Azərbaycan üçün çıxış edəcəyini bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO