Ronaldonun yeni klubu BƏLLİ OLDU

Ronaldonun yeni klubu BƏLLİ OLDU

Hazırda oxunan: Ronaldonun yeni klubu BƏLLİ OLDU

249134

Kriştiano Ronaldo bir zamanlar formasını geyindiyini doğma klubuna qayıdır.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, futbol əfsanəsi formasını geyindiyi "Ən-Nəsr"dən ayrılmaq üzrədir.

İşləri yaxşı getməyən ərəb klubu da oyunçunun yaşını nəzərə alaraq yeni müqavilə bağlamaqdan çəkinib.

Komanda rəhbərliyi Ronaldonun klubun uğurlarından çox şəxsi rekordlarını düşündüyü üçün danışıqları dayandırıb.

40 yaşlı hücumçunu yetişdiyi, 2003-cü ilə qədər formasını tərlətdiyi Portuqaliya nəhəngi "Sportinq" heyətində görmək istəyir.

Komandası ona azad agent kimi qayıtmağı təklif edib.

Bu, futboldan doymayan Ronaldo üçün karyerasını başladığı "Sportinq"də bitirmək əla fürsət olacaq. O, həmçinin yaydan "Sportinq"dən ayrılacağı gözlənilən Viktor Qyökereşi əvəz edə bilər.

Qeyd edək ki, hazırda danışıqlar gedir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO