Bricit Bardo da Makrona qarşı ÇIXDI

Bricit Bardo da Makrona qarşı ÇIXDI

Hazırda oxunan: Bricit Bardo da Makrona qarşı ÇIXDI

249105

Bricit Bardo Fransa Prezidenti Emmanuel Makronun fəaliyyətindən narazıdır.

Bizim.Media xəbər verir ki, fransalı aktrisa bunu BFMTV telekanalına müsahibəsində deyib. Bu, 90 yaşlı aktrisanın son 10 ildən artıq müddətdə ilk müsahibəsi olub.

Sonuncu dəfə Makronla 2018-ci ildə, Yelisey sarayında keçirilən görüş zamanı əlaqə saxladığını və o vaxtdan bəri dövlət başçısı ilə ünsiyyətdə olmadığını söyləyən aktrisa onun fəaliyyətindən məyus olduğunu bildirib.

O, həmçinin hazırda Fransanın yaxşı günlərini yaşamadığını və ölkədəki vəziyyətin onu narahat etdiyini vurğulayıb.

Xatırladaq ki, Bricit Bardo iki il əvvəl Emmanuel Makrona sərt ifadələrin yer aldığı açıq məktub ünvanlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO