Atdan yıxılan Cəlilabad sakini dünyasını dəyişdi

Atdan yıxılan Cəlilabad sakini dünyasını dəyişdi

Hazırda oxunan: Atdan yıxılan Cəlilabad sakini dünyasını dəyişdi

248991

Cəlilabad rayonunun Günəşli kənd sakini, 1984-cü il təvəllüdlü Əliyev Tofiq Allahverən oğlu Biləsuvar rayonunun Ovçubərə kəndi ərazisində yerləşən maldarlıq obasında baş vermiş bədbəxt hadisə nəticəsində həyatını itirib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ilkin araşdırmalara əsasən, mərhum ata mindiyi zaman yıxılıb və ayağı üzəngiyə ilişib.

Bu zaman at onu bir müddət sürüyüb, nəticədə T. Əliyev aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib. Meyit müayinə olunması üçün aidiyyəti üzrə məhkəmə-tibbi ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO