Əfqanıstanın hökumət qüvvələri sutka ərzində ölkənin doqquz əyalətində “Taliban” hərəkatının 160 döyüşçüsünü öldürüb, 100-dən çox silahlı isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bizim.Media Pajvak agentliyinə istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Əfqanıstanda qanlı qarşıdurma – 7 polis qətlə yetirildi
“Əfqanıstanın təhlükəsizlik qüvvələrinin son 24 saat ərzində keçirdiyi əməliyyatlar nəticəsində Qunduz, Qəzni, Badqis, Herat, Hilmənd, Qor, Nanqarhar, Vardak və Bədəxşan əyalətlərində “Taliban” hərəkatının 160 silahlısı öldürülüb, 108-i isə yaralanıb”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə kənd yerlərində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlər uğrunda döyüşlər aparan “Taliban” hərəkatı arasında qarşıdurma davam edir.
2020-ci il sentyabrın 12-də Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti ilə “Taliban” nümayəndələri arasında sülh danışıqları başlayıb.
Bizim.Media