Toyların keçirilməsinə icazə verilə bilər - Prezidentin köməkçisindən ŞAD XƏBƏR

Toyların keçirilməsinə icazə verilə bilər - Prezidentin köməkçisindən ŞAD XƏBƏR

Hazırda oxunan: Toyların keçirilməsinə icazə verilə bilər - Prezidentin köməkçisindən ŞAD XƏBƏR

24880

“Açıq hava şəraitində toyların keçirilməsi müzakirə olunur”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Ş. Mövsümov bildirib ki, hazırda COVİD-19 infeksiyası ilə bağlı Azərbaycanda vəziyyət stabildir:

“Ölkədə vəziyyət daha da yaxşılaşmaya doğru gedir. Bununla belə, ölkəmizdən fərqli olaraq, dünyada COVİD-19-la bağlı vəziyyət ürəkaçan deyil. Bəzi ölkələrdə pandemiyanın ikinci, üçüncü dalğası başlayıb. Buna görə də müzakirələrə ümumi vəziyyət nəzərə alınaraq aparılır”.

Prezidentin köməkçisi qeyd edib ki, açıq hava şəraitində müəyyən sayda insanın iştirakı ilə toy mərasimlərinin keçirilməsi ehtimalı var:

“Bununla bağlı da müzakirələr davam etdirilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO