Türkiyənin Müdafiə Nazirliyi Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Türkiyə Müdafiə Nazirliyi "Twitter"də paylaşım edib.
"Qardaş ölkə Azərbaycanın Milli Qurtuluş Gününü təbrik edir, nəcib Azərbaycan xalqını ürəkdən salamlayırıq. "Tək millət, iki dövlət" anlayışı ilə yaxşı gündə də, pis gündə də bir və bərabər olmağa davam edəcəyik", - deyə Türkiyə Müdafiə Nazirliyi qeyd edib.
Bizim.Media
Kardeş ülke Azerbaycan’ın Millî Kurtuluş Günü’nü kutluyor, asil Azerbaycan halkını gönülden selamlıyoruz. “Tek Millet İki Devlet” anlayışıyla iyi günde de kötü günde de bir ve beraber olmaya devam edeceğiz. ???? pic.twitter.com/DVgIyC3TrU
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) June 15, 2021