Kriştiano Ronaldonun "Əl-Nəsr"dəki gələcək taleyi sual altındadır.
Bizim.Media "Marca"ya istinadən xəbər verir ki, 40 yaşlı hücumçunun davranışları klub rəhbərliyinin onunla bağlı fikirlərində tərəddüd yaradıb.
Ronaldonun "Əl-Nəsr"in Səudiyyə Ərəbistanı Pro Liqasının 30-cu turunda "Əl-İttihad"a uduzduğu (2:3) matçdan sonrakı hərəkətləri klub rəhbərliyinin xoşuna gəlməyib. Oyundan dərhal sonra portuqaliyalı futbolçu soyunub-geyinmə otağına getməyib və hirsli jestlər edərək stadionu tərk edib.
Mənbənin məlumatın görə, "Əl-Nəsr"lə Ronaldo əvvəlcə müqavilənin müddətini iki il uzatmaq barədə razılığa gəliblər, lakin hazırda vəziyyət dəyişib.
Qeyd edək ki, 2023-cü ildən "Əl-Nəsr"də çıxış edən Ronaldonun klubla müqaviləsi iyunun 30-na qədərdir.
Bizim.Media

- A-
- A
- A+
İdman
07:30 / 11.05.2025
"Əl-Nəsr" Ronaldo ilə müqavilədən imtina EDƏ BİLƏR
Hazırda oxunan: "Əl-Nəsr" Ronaldo ilə müqavilədən imtina EDƏ BİLƏR
Hazırda oxunan: "Əl-Nəsr" Ronaldo ilə müqavilədən imtina EDƏ BİLƏR
248684
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.