Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Ulu Öndərin Quba şəhərindəki adını daşıyan mədəniyyət və istirahət parkındakı abidəsi ziyarət edilib.
Bizim.Media xəbər verir ki, Ulu Öndərin abidəsini Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Əlibala Məhərrəmzadə və Müşfiq Məmmədli, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri və kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və kollektivləri, rayon Ağsaqqallar Şurasının sədri və şuranın üzvləri, RİH yanında İctimai Şuranın üzvləri, şəhid ailələri və qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin digər bir qrup nümayəndəsi ziyarət ediblər, Ulu Öndərə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzülüb.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin abidəsinin rayon ictimaiyyəti tərəfindən ziyarəti gün ərzində davam edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:45 / 10.05.2025
Ulu Öndərin Qubadakı abidəsi ziyarət edildi - FOTO/VİDEO
Hazırda oxunan: Ulu Öndərin Qubadakı abidəsi ziyarət edildi - FOTO/VİDEO
Hazırda oxunan: Ulu Öndərin Qubadakı abidəsi ziyarət edildi - FOTO/VİDEO
248649
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.