Dövlət Miqrasiya Xidməti (DMX) 2021-ci ilin may ayı üzrə statistik məlumatları açıqlayıb.
DMX-dən Bizim.Media-ya bildiriblər ki, ötən ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 7612 müraciət daxil olub. Müraciətlərin hər biri qanunvericiliyin tələblərinə uyğun qaydada araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
MÖVZU İLƏ BAĞLI:
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya seçkilər keçiriləcək
Bu dövr ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 9479 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.
Bundan başqa, Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən 558 qərar qəbul edilib.
Bizim.Media