8 aydır sağalmayan qazimiz Türkiyəyə göndərilir – YAŞAT Fondu SÖZ VERDİ

8 aydır sağalmayan qazimiz Türkiyəyə göndərilir – YAŞAT Fondu SÖZ VERDİ

Hazırda oxunan: 8 aydır sağalmayan qazimiz Türkiyəyə göndərilir – YAŞAT Fondu SÖZ VERDİ

24854

11 dəfə əməliyyat olunan və 8 aydır sağalmayan 21 yaşlı qazi Adəm Məmmədzadə Türkiyədə müalicə olunmaq üçün YAŞAT Fondunun qərarını gözləyir.

Bu barədə qazinin özü Bizim.Media-ya məlumat verib. Ötən dəfə qazimiz ayağının amputasiya olunacağı ilə bağlı fikrini qətiləşdirsə də, son anda qərarını dəyişib.  

Adəm Məmmədzadənin sözlərinə görə Türkiyəyə yollanması üçün YAŞAT Fonduna lazım olan bütün sənədləri təqdim edib. Qaziyə yaxın günlərdə qardaş ölkəyə göndərilməsi vədi verilib:
 

MÖVZU İLƏ BAĞLI:

8 gündür komadan ayılmayan qazi Bakıya GƏTİRİLDİ 


“Ağrılarım əvvəlki kimi kəskindir. Dişimi sıxıb gözləyrəm. Ən son ötən həftənin cümə axşamı günü danışdıq. Bildirdilər ki, yaxın vaxtda Türkiyəyə göndəriləcəm. Gözləyirəm hələki...”

Qeyd edək ki, qazi həkimlərin 8 aydır sağalda bilmədiyi ayaqlarından hər an məhrum olmaq təhlükəsi ilə üz-üzədir.   

Hacıqabul rayonu Kolanı kənd sakini Adəm Məmmədzadə oktyabrın 15-də Füzuli uğrunda gedən döyüşlərdə ayaqları, qolu və qarnından yaralanıb. Bir müddət hərbi hospitalda müalicə alıb.

Daha sonra Bakı Sağlamlıq Mərkəzi və Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunda əməliyyat olunub. 8 aydır ki, həkimlər onun dərdini tapa bilmir. 

“ASAN Xidmət”in mətbuat katibi və “YAŞAT” Fondunun sözçüsü Elnur Niftəliyev saytımıza açıqlamasında deyib ki, Fond qazi Adəm Məmmədzadənin Türkiyədə müalicəsinin xərclərini qarşılamağa hazırdır: 

“Yaxın günlərdə qazimizin Türkiyəyə göndərilməsi nəzərdə tutulub. Onun müalicəsi və xərcləri qarşılanacaq”, deyə qurum rəsmisi əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO