Masallıda dəhşətli QƏZA – Ölən və yaralananlar var - FOTO

Masallıda dəhşətli QƏZA – Ölən və yaralananlar var - FOTO

Hazırda oxunan: Masallıda dəhşətli QƏZA – Ölən və yaralananlar var - FOTO

248483

Masallı rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə günorta saatlarında Ələt-Astara magistral yolunun 122-ci kilometrliyində, Ləngan kəndi yaxınlığında qeydə alınıb.

Astara istiqamətində hərəkət edən "Toyota Prado" markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində bir neçə dəfə çevrilib.
 

Qəza zamanı nəqliyyat vasitəsində olan azyaşlı uşaq hadisə yerində keçinib, digər sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 


Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.










Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO