"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq - VİDEO

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq - VİDEO

Hazırda oxunan: "Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq - VİDEO

248415

"Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini edib.

Bizim.Media xəbər verir ki, iştirakçılarımızın “Run With U” mahnısının səhnə şousundan 30 saniyəlik görüntülər artıq ictimaiyyətə təqdim olunub.
 

Qeyd edək ki, "Avroviziya 2025" mahnı müsabiqəsi bu il İsveçrənin Bazel şəhərində keçiriləcək və "Mamagama" qrupu mayın 13-də birinci yarımfinalda 10-cu nömrə altında səhnədə çıxış edəcək.


Azərbaycanla birlikdə həmin gün Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də yarışacaqlar.

Müsabiqənin ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək. (axsam.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO