Yeni Roma Papası seçilən Prevost kimdir? - DOSYE

Yeni Roma Papası seçilən Prevost kimdir? - DOSYE

Hazırda oxunan: Yeni Roma Papası seçilən Prevost kimdir? - DOSYE

248395

Xəbər verdiyimiz kimi Vatikanda yeni Roma Papası seçilib. Yeni Roma Papası ABŞ-dən olan pontifik Robert Fransis Prevost seçilib.

Bizim.Media Papanın dosyesini təqdim edir:

 

MÖVZU İLƏ BAĞLI:

Tarixdə İLK: Yeni Papa amerikalı pontifik oldu - VİDEO



Robert Francis Prevost 1955-ci ildə Çikaqoda anadan olub. Riyaziyyat elmi üzrə təhsil alıb və Müqəddəs Avqustin ordenli seminariyasını bitirib.

1982-ci ildə Peruda Avqustin missiyasına qoşulduqdan az sonra keşiş təyin edilib. 90-cı illərin sonlarında ABŞ-yə qayıdan Prevost qısa müddət ərzində Avqustin Ordeninin Prior Generalı təyin edilib.

2014-cü ildə Papa Fransisk tərəfindən yepiskop təyin edilib, 2020-ci ildə Peruda apostol inzibatçısı olub. 2025-ci ilin fevralında mərhum Fransisk onu kardinal yepiskop (yəni böyük kardinal) rütbəsinə qaldırıb.

70 yaşlı Prevost tarixdə ilk ABŞ-də doğulan Papadır. Onun adı Leo XIV olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO