Taksidə mübahisə qanla bitdi - Əhməd Məmmədli saxlanıldı

Taksidə mübahisə qanla bitdi - Əhməd Məmmədli saxlanıldı

Hazırda oxunan: Taksidə mübahisə qanla bitdi - Əhməd Məmmədli saxlanıldı

248069

Biləcəridə mübahisə bıçaqlanma ilə nəticələnib.

Bizim.Media xəbər verir ki, hadisə mayın 6-da saat 22 radələrində Bilcəri qəsəbəsi R.İsmayılov küçəsində baş verib.
 

Belə ki, 1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğluna qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib.


Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü, Cəlilabad rayonunda anadan olmuş Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilib və o, saxlanılıb.

Faktla bağlı Binəqədi Rayion Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

İlkin məlumata görə, hadisəyə səbəb taksidə yer üstündə mübahisə olub.

Saxlanılan Əhməd Məmmədli ictimai fəaldır. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO