Azərbaycan neftinin qiyməti 65 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti 65 dollara yaxınlaşır

Hazırda oxunan: Azərbaycan neftinin qiyməti 65 dollara yaxınlaşır

248044

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,31 ABŞ dolları, yaxud 2,06 % artaraq 64,94 ABŞ dolları təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya hərracların nəticələrində yer alıb.
 

Belə ki, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 62,74 ABŞ dolları təşkil edib.


Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,37 ABŞ dolları və ya 2,21 % artaraq 63,34 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO