Ərəbistan klubu “Mançester Yunayted”in ulduzunu İSTƏYİR

Ərəbistan klubu “Mançester Yunayted”in ulduzunu İSTƏYİR

Hazırda oxunan: Ərəbistan klubu “Mançester Yunayted”in ulduzunu İSTƏYİR

248006

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes Səudiyyə Ərəbistanına yollanmaq ehtimalına sahibdir.

Bizim.Media “Al-Riyadh”a istinadən xəbər verir ki ,portuqaliyalı futbolçuya “Əl-Hilal” maraq göstərir.
 

Klub Brunonun agenti ilə danışığa start verib və futbolçu üçün 3 illik müqavilə irəli sürüb. “Əl-Hilal” yarımmüdafiəçinin istənilən maliyyə istəyini təmin etməyə hazırdır.


Tərəflər razılığa gələ bilsə, Səudiyyə Ərəbistanı təmsilçisi “Mançester Yunayted”ə rəsmi təklif göndərəcək.

Fernandes bu mövsüm "Mançester Yunayted"in heyətində 52 oyun keçirib, 19 qol vurub və 18 məhsuldar ötürmə edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO